Yasamal rayonunda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
ABŞ Milli Sağlamlıq İnstitutları dünyanın ən böyük xərçəng məlumat bazalarından birini Çindəki elm adamlarının çıxışı üçün bağlayıb.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, Çində tədqiqatçılar Milli Sağlamlıq İnstitutları tərəfindən sistemə edilən təhlükəsizlik yeniləməsindən sonra dünyanın ən böyük xərçənglə bağlı məlumat bazalarından biri olan SEER sisteminə daxil ola bilməyiblər.
Çinli tədqiqatçılara qoyulan qadağa Jay Bhattacharya Səhiyyə və İnsan Xidmətləri Departamentinin nəzdində olan Milli Sağlamlıq İnstitutunun rəhbəri vəzifəsini yerinə yetirdikdən sonra qüvvəyə minib.
Aprelin 1-də Bhattaçarya institutun 18-ci direktoru vəzifəsinə başlayandan bəri, institutda yüzlərlə işçi ya işdən çıxarılıb, ya da istefa verməyə təşviq edilib.
SEER xərçəng məlumat bazası ABŞ-da xərçəng xəstəliyi, sağ qalma nisbətləri, demoqrafik paylanma və müalicəyə reaksiya haqqında məlumatları toplayan, təhlil edən və saxlayan Milli Sağlamlıq İnstitutunun çətiri altında hərtərəfli epidemioloji məlumat mənbəyidir.