Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib

Azərbaycan XİN Dominikan Respublikası hökumətinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş vermiş hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

Fakt.info xəbər verir ki, XİN-in "X” hesabında paylaşdığı mətndə deyilir:

"Santo-Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik.”