Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir - Açıqlama
"Gürcüstan Dəmir Yolları” Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası ilə bağlı açıqlama yayıb.
Tərəflər məsələ ilə bağlı danışıqları davam etdirir, dəqiq tarix isə daha sonra açıqlanacaq:
"Tərəflər sərnişin xidmətinin bərpası, o cümlədən hər iki ölkənin dəmir yolu administrasiyası və bu məsələdə iştirak edən müvafiq idarələri arasında danışıqların aparılması və texniki detalların dəqiqləşdirilməsi üzrə intensiv iş aparır. Dəqiq tarix daha sonra açıqlanacaq”.
///Qafqazinfo