Lənkəranda antibiotik iynəsi vurulan şəxs öldü

Lənkəranda antibiotik iynəsi vurulan şəxs öldü

Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.
 
Fakt.info Report-a istinadən xəbər verir ki, hadisə Viyən kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyəti ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.