Bərdədə qadın TikTok-da mübahisə etdiyi şəxsi bıçaqlayıb
Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxsi bıçaqlayıb.
Fakt.info "APA"ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova TikTok sosial platformasında yaranmış mübahisə zəminində 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaqla xəsarət yetirib.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, xəsarət alan şəxs Vətən müharibəsi iştirakçısıdır.
Faktla bağlı araşdırma aparılır.