ABŞ Husilərin komandanlıq mərkəzlərinə kütləvi zərbələr endirib
ABŞ Yəmənin "Ənsar Allah” hərəkatının yaratdığı silahlı qüvvələrin komandanlıq mərkəzlərinə irimiqyaslı zərbələr endirib.
Bu barədə "Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Yəmənin qərbindəki Marib əyalətində husilərin qərargahı vurulub.
///APA