Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb

Zaqatalada 35 yaşlı kişi dəm qazından ölüb

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

Hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.