Papa Azərbaycan və Ermənistan üçün dua etdi

Papa Azərbaycan və Ermənistan üçün dua etdi

Papa I Fransisk Pasxa bayramında Müqəddəs Pyotr Bazilikasının lojikasında qısa çıxış edərək Urbi et Orbi (şəhərə və dünyaya) mesajı ilə möminlərə müraciət edib.

Fakt.info "Unikal"a istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. 

O, Cənubi Qafqaz mövzusuna da toxunub.

"Xüsusən də, o, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə olunması və regionun dinclik tapması üçün dua edib", - Vatikanın bəyanatında deyilir.

I Fransisk çıxışı zamanı Qəzza zolağı, Suriya, Livandakı xristian icmalarını da xatırladıb, Ukraynadakı müharibə və Afrikadakı münaqişələrə toxunub.