"Aysunu toydan qovmaqla hədələyiblər" - Tarix Əliyev

"Aysunu toydan qovmaqla hədələyiblər" - Tarix Əliyev

Müğənni Aysun İsmayılova səhnə aldığı toy məclisində gözlənilməz hadisə ilə üzləşib.
 
Fakt.infi xəbər verir ki, iddialara görə toyu aparan müğənni Aysunu toydan qovmaqla hədələyib.
 
Bu haqda Sapce TV-də yayımlanan "Tarixin bir günü" verilişində aparıcı Tarix Əliyev məlumat verib:
 
"O gün Aysun el məclislərinin birində səhnə alıb. Adını çəkməyəcəyim, illərdir sənətdə olan bir müğənni Aysuna deyib ki, mən səni təqdim etməyəcəyəm. Elə etmə ki, səni bu toydan qovum. Bu sözü deyən müğənniyə də, onun ailəsinə də böyük hörmətim var. Amma mən Aysun ilə işləsəydim kimin hünəri olardı ki, Aysuna o sözü desin? Mən demirəm Aysunun böyük sənəti var, amma müğənnidir də, oxuyur. Ən azından atasız uşaq böyüdür. Harda qaldı bəs Allah qorxusu, ürəyinizdəki rəhm?".