Çin kosmik stansiyaya yeni taikonavt heyəti göndərdi
Çinin Yer orbitində qurduğu Tienqonq (Səma Sarayı) Kosmik Stansiyasında xidmət edəcək səkkizinci taikonavt komandası yola düşüb.
Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, Çinin İnsanlı Kosmos Proqramı Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, Taikonavtlar Ching Dong, Ching Congrui və Wang Cie'yi daşıyan Xinzhou-20 kosmik gəmisi Qobi səhrasındakı Ciuçüen Peyk Mərkəzindən Long March 2F raketi ilə buraxılıb.
Taykonavtlar 30 oktyabr 2024-cü il tarixində Şinjuku-19 servisi ilə stansiyaya göndərilən və 6 aydır vəzifədə olan taikonavt komandasından vəzifə götürəcəklər.
Ekspedisiyanın komandanlığını öz üzərinə götürəcək 46 yaşlı Çın Dong 2016-cı ildə "Sinzhou-11" ekspedisiyası zamanı Tienqonq-2 kosmik laboratoriyasında 33 gün olub və "Xinzhou-120" ekspedisiyası zamanı Tienqonq kosmik stansiyasında 6 ay xidmət edən taikonavt komandasının tərkibində olub.
Taikonavtlar Çinq Konqrui və Vanq Cie ilk insanlı kosmik missiyada iştirak edəcəklər. Qeyd edilib ki, Çin daha əvvəl Çin Hərbi Hava Qüvvələrində pilot, Vanq isə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasında mühəndis olub.