Zelenski: Ukraynanın Krımı hərbi yolla azad etməyə kifayət qədər silahı yoxdur

Zelenski: Ukraynanın Krımı hərbi yolla azad etməyə kifayət qədər silahı yoxdur

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin hazırda Krımı hərbi yolla geri qaytarmaq üçün yetərli silah-sursatı yoxdur.

Zelenski bu fikirləri jurnalistlər qarşısında keçirdiyi brifinq zamanı səsləndirib.

Bununla belə, dövlət başçısı vurğulayıb ki, Ukrayna Krımdan imtina edə bilməz.

"Çünki bu torpaq Ukrayna xalqına məxsusdur”, - Zelenski bildirib.
 
///APA