Tramp: İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq

Tramp: İrandan neft alan ölkə dərhal sanksiyalara məruz qalacaq

ABŞ Prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının alqı-satqısının dərhal dayandırılması çağırışı ilə çıxış edib.

Fakt.info APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhəbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

"İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq”, – Tramp bildirib.