Sumqayıtda dəhşət: Külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

Sumqayıtda dəhşət: Külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

Sumqayıt şəhərində "KamAZ"ın üzərin hasar aşıb, sürücü hadisə yerində ölüb.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.
 
report