“Millətəm” mahnısını yazanda səkkiz nəfəri güclə bir araya gətirdim” – Elçin
"İndi müğənnilər arasında birlik yoxdur”.
Fakt.info xəbər verir ki, bu sözləri "Kanal S”də İsa Şükürovun təqdimatında yayımlanan "Xəbərin var?” verilişində müğənni Elçin Cəfərov deyib.
Sənətçi, şou-biznes nümayəndələri arasında birliyin olmadığını deyib:
"İndi hər şey keçid dövründən keçir. Biz əslində bu durumun qurtacılarıyıq. Qırağa çəkilib durmaq olmaz. İndi müğənnilər arasında birlik yoxdur. "Millətəm” mahnısını yazanda 30 nəfər kişi müğənnisi istəyirdim ki, onu oxusun. Çünki qələbəyə həsr olunmuşdu. İstədim xalq görsün ki, biz də sizin yanınızdayıq. Mən isə səkkiz nəfər kişi müğənnini güclə bir araya topladım. Otuz nəfər olsa pis olardı? Halbuki bir manat pulları çıxmamışdı, hər şeyi özüm etmişdim”.