Zaqatalada iki minik avtomobili toqquşub: xəsarət alanlar var
Zaqatalada minik avtomobilləri toqquşub.
Fakt.info Lent.az-a istinadən xəbər verir ki,, hadisə axşam saatlarında Zaqatala şəhəri, Faiq Əmirov küçəsində baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Samirat Əliyevanın idarə etdiyi "KıA” markalı minik avtomobili, 1982-ci il təvəllüdlü Zöhrab Qardaşovun idarə etdiyi "Opel” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.