Masallı rayonu Birinci Yeddioymaq kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az xəbər verir ki, ümumi sahəsi 66 m² olan obyektin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.