“Mən Fəxr Edirəm Ki, Azərbaycanlıyam” sərgisi ilə Heydər Əliyevin 102-ci ilödnümü qeyd olundu
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illik yubileyinə həsr olunmuş “Mən Fəxr Edirəm Ki, Azərbaycanlıyam” adlı təntənəli sərgi keçirilib.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış Heydər Əliyevin həyat yaradıcılığına həsr olunmuş 50 rəssamın əsərləri nümayiş etdirilib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin açılışında çıxış edərək Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayıb:
“Bu sərgi yalnız Ulu Öndərin yubileyinə həsr olunmaqla yanaşı, onun Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaq, milli kimliyimizi möhkəmləndirmək və dünya səviyyəsində təmsil etmək uğrunda göstərdiyi əvəzsiz xidmətlərə hörmət nişanəsidir. Heydər Əliyev yalnız dövlət xadimi deyil, eyni zamanda mədəniyyətimizin, vətənpərvərlik ruhumuzun dirçəldicisi idi. Onun irsi bu gün də rəssamlarımızın yaradıcılığında yaşayır.”
Layihə rəhbəri Aygün Əzizova isə Ulu Öndərin yubileyi ilə bağlı 17 ildir davam edən təşəbbüslər barədə məlumat verib:
“Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə 17 ildir Azərbaycanın bütün regionlarında müxtəlif yaşlı rəssamların iştirakı ilə ‘Vətənpərvərlik Etüdləri’ təşkil edirik. Təbiət qoynunda rəssamların bacarıqlarını inkişaf etdirir, sərgilər və müsabiqələr keçiririk. Bu, gənclərimizin milli dəyərlərə sadiqliyinin tərənnümüdür.”
Sərgidə Azərbaycanın tanınmış rəssamlarının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri İdrak Novruzov, Naibə Vəliyeva, Sevinc Hacıyeva, həmçinin polkovnik-rəssam Nurəddin Məmmədov, Fuad Ağazadə, Həyat Şirvanova, Elnara İsgəndərova, Tofiqə Əliyeva və Kifayət Nəzərovanın Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, müstəqillik uğrunda mübarizəsini və xalqa olan məhəbbətini tərənnüm edən əsərləri təqdim olunub.
Sərgidə fəxri qonaq olaraq xebertime.az saytının redaktoru Yeganə Telmanqızı da iştirak edirdi.
Sərginin sonunda iştirakçı rəssamlar xatirə diplomları ilə təltif edilib və tədbir xatirə fotoşəkili ilə yekunlaşıb.
Müxbir: Aygün Əzizova
Fotoqraf: Ayaz