Yardımlı Təhsil Sektorunun binası intensiv yağışlardan ZƏRƏR ÇƏKİB
İntensiv yağışlar Yardımlı Rayon Təhsil Sektorunun binasına ziyan vurub.
Oxu.Az-ın məlumatında qeyd olunurdu ki, leysan yağışları nəticəsində sektor binasının hasarı uçmaqla yanaşı, həm də binanın bir hissəsinə ziyan dəyib.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.
Qeyd olunub ki, inzibati binanın bəzi hissələrinə ziyan dəysə də, əməkdaşlardan xəsarət alan olmayıb və sektor normal iş fəaliyyətini davam etdirir.
"Yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür", - deyə məlumatda bildirilir.