Gülağa Tənha üçün özəl gün
Son günlər Masallı rayonunun Ərkivan qəsəbəsində "Şəhidlər bulağı" abidə kompleksinin əsaslı təmiri işləri ilə gündəm olan mesenat, alim, şair Gülağa Tənha 66-cı doğum gününü qeyd edir.
Əslində Gülağa Tənha hər zaman həyata keçirdiyi böyük xeyriyyə işləri ilə gündəmdə qalmağı bacarıb.
Yaxın günlərdə təmirdən sonra açılışı olacaq abidə kompleksini də 22 il öncə o şəxsi vəsaiti hesabına inşa etdirmişdi.
Doğma qəsəbəsindən olan şəhidlərin əziz xatirəsinə ehtiram olaraq ucaltdığı bu abidə Ərkivanımızın simvoluna çevrilməkdədir.
Gülağa müəllim tərəfindən yaxın zamanda bir vaxtlar təhsil aldığı şəhid Əlvan Bağırov adına 4 saylı tam orta məktəbin həyətində yeni müasir standartlara uyğun məktəb tikdirəcəyi də gözlənilir.
Xatırladaq ki, Gülağa Məmi oğlu Qəmbərov 20 may 1959-cu ildə Masallı rayonu, Ərkivan kəndi, Miyondi məhəlləsində anadan olub. 1967-1977-ci illərdə Ərkivan kənd orta məkətəbində təhsil alıb. Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. “Gülağa Qəmbərov Fondu”nun prezidentidir.
Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Respublikamızda idmanın inkişafına qayğı göstərən Gülağa Qəmbərovun ən böyük arzularından biri dünya şahmat tacının Azərbaycana gətirilməsidir. Gimnastikanın, badmintonun da inkişafına maraq göstərən Gülaga Qəmbərovözü qayıq idmanını xoşlayır.
Gənc Gülağa, əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərindən birində fəhlə kimi başlayıb. Bu gün o, çoxsaylı kitabların müəllifi, sözlərinə mahnılar bəstələnmiş görkəmli şair, böyük uğurlar qazanmış iş adamıdır.
1989 -cu illər artıq SSRİ adlanan, Azərbaycanın da daxil olduğu 15 respublikanın ittifaqından ibarət olan ölkə dağılmağa başlamışdı. O illərdə Azərbaycan da, öz müstəqilliyini əldə etmək uğurunda mübarizə apardığından imperiyanın mərkəzi - paytaxt Moskva şəhəri ilə əlaqələr kəsilməkdə idi. Bu səbəbdən Rusiyada, xüsusilə Moskvada müxtəlif universitet və digər təhsil ocaqlarında təhsil alan həmyerlilərimizin vəziyyəti olduqca pisləşmişdi. Ən başlıcası isə, bu idi ki, tələbələrimizin təhsillərini davam etdirmələri üçün artıq, ödəniş tələb olunurdu. Məhz
bu illərdən Gülağa Tənha ilk xeyriyyəçilik missiyasına başlayır. Beləki, Rusiyada təhsillərini davam etdirməkdə israrlı olan çoxsayl tələbələr arasından daha savadlı və bacarıqlı olanlara maddi yardımlar edir ki, onların təhsillərini tamamlaya bilsinlər.
1990- ci illərdə Masallıda məskunlaşmış 15 məcburi köçkün ailəsini öz himayəsinə götürən Gülağa Tənha, onların sosial problemlərini bir an belə, nəzərindən qaçırmadı. Sonralar bu işi, Beyləqanda məcburi köçkünlər üçün yaradılmış "Məcburi köçkün" şəhərciyində də davam etdirdi. Şəhərciyə, müxtəlif ərzaq malları, paltar və sair vasitələrlə daim yardımlar göstərən xeyriyyəçi get-gedə bu missiyasını daha da genişləndirirdi.
2003-cü ildən etibarən Azərbaycanın sosial həyatında, ölkə mədəniyyətinin, elminin, təhsilinin, idmanının inkişafında xeyriyyə proqramlarını həyata keçirməklə adları çəkilən sahələrə böyük töhfələr vermişdir. Bu gün də çox sevdiyi Vətənində xeyrxah işlərini davam etdirən Gülağa Tənha KİV tərəfindən daim maraqla izlənir.
O, xeyriyyəçilik fəaliyyətini doğma kəndinin yollarını abadlaşdırmaqla davam etdirdi. Yolun çəkilişini tamamladıqdan sonra, kənd məzarlığının hasarını çəkdirdi. Sonrakı xeyriyyəçilik layihələri daha geniş, daha möhtəşəm oldu. Belə ki, Masallı şəhərində, Təzəkənddə orta məktəb, Ərkivanda şəhidlərin xatirəsinə “Şəhidlər bulağı” - abidə kompleksi tikdirdi. Təhsilə xüsusi önəm verən mesenat, Bakı şəhəri, Şüvəlan qəsəbəsində müasir tipli internat məktəbi, Şamaxıda Çabanı kəndində isə yeni məktəb inşa etdirdi. Eyni zamanda Şamaxıda M.Ə.Sabirin məqbərəsini tikdirərək sabirsevərlərə və xalqımıza ərməğan etdi. Sonra bir neçə il fasilə yaranır...
Amma yenidən, 2013-cü ilin noyabrında Masallı rayonunun Ərkivan qəsəbəsində möhtəşəm "Mərasim evi"ni tikdirib həmyerlilərinin ixtiyarına verməklə öz xeyirxahlıq missiyasını davam etdirir. Bu bəlkə də, bölgədə analoqu olmayan, müasirliklə qədimimliyin vəhdət təşkil etdiyi bir “Mərasim evidir”.
Yuxarıda göstərdiyimiz xeyriyyəçilik nümunələri mesenatın üzdə olan işləridir. Amma onun yüzlərlə ictimaiyyətdən gizli qalan xeyirxah əməlləri də az deyildir. Kimsəsiz uşaqlara, idmançılara, imkansızlara, xəstəxanalara davamlı olaraq, yardımları olmuşdur və bu gün də davam edir. Mədəniyyət, incəsənət, ədəbiyyat sahələrinə, yazıçı və şairlərə daim xüsusi qayğı göstərməkdədir.
Gülağa müəllimi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xeyirxah işlərində hər zaman uğur arzulayırıq.
Cəfər Cəfərov