Yasamalda avtobusun şüşəsini sındıranla bağlı tədbir görüldü

Yasamalda avtobusun şüşəsini sındıranla bağlı tədbir görüldü

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli AZXEBER.COM-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdiriir.