"Real"ın klublararası dünya çempionatı üçün futbolçulara verəcəyi mükafat bəlli olub

"Real"ın klublararası dünya çempionatı üçün futbolçulara verəcəyi mükafat bəlli olub

İspaniyanın "Real" klubunun rəhbərliyi klublararası dünya çempionatının qalibi olacaqları təqdirdə hər futbolçuya 1 milyon avro mükafat verəcək.

Bu barədə ölkənin AS nəşri məlumat yayıb.

Madrid təmsilçisinin rəhbərliyi yeni formatda keçirilən ilk yarışda qalib gəlmək istəyir.

Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.
 
///report