Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Fakt.info xəbər verir ki, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.

Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.