Azərbaycanlı mütəxəssislər radiasiyanın yoxlanılması üçün Astaraya ezam olunub
İsrailin İranda nüvə obyektlərini hədəf almasından sonra Azərbaycanda radiasiyanın səviyyəsinin yoxlanılması üçün nüvə tədqiqatları departamentinin nümayəndələri Astaraya ezam olunub.
Fakt.info xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri artıq Astarada tədqiqatlara başlayıblar.