Kanalda batan 15 yaşlı Hüseynin meyiti tapıldı

Kanalda batan 15 yaşlı Hüseynin meyiti tapıldı

Üç gün əvvəl Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Mingeçevir şəhər sakini, 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhanovicin meyiti sudan çıxarılıb.

Yeniyetmənin meyiti onun boğulduğu ərazisisən 15 kilometr kənarda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
 
///apa