Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
Ucarda minik maşını motosikletlə toqquşub.
Fakt.info "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində baş verib. Minik maşınının motosikletə çırpılması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü rayon sakini Xasməmmədov Teymur Çingiz oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.