Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Cəlilabad şəhəri və Uzuntəpə kəndinə içməli suyun verilişi bərpa olunub.
Fakt.info xəbər verir ki, bu barədə "Report"a rayon sakinləri məlumat veriblər.
Xatırladaq ki, Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib. Bu səbəbdən 4 gündür ki, içməli suyun verilişində problem yaranıb.