Fələstin və HƏMAS İsrailin Qəzzaya hücumunu pislədi

Fələstin və HƏMAS İsrailin Qəzzaya hücumunu pislədi

Fələstin rəhbərliyi və HƏMAS İsrailin Qəzzanın şimalında didərgin düşmüş fələstinlilərin sığındığı Müqəddəs Latın monastırına hücumunu pisləyib.

Fakt.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Ölkə hücumu soyqırım kimi qiymətləndirib.

Bəyanatda ibadət yerlərinin, xəstəxanaların, məktəblərin və sığınacaq mərkəzlərinin qəsdən hədəfə alınması pislənilib və beynəlxalq ictimaiyyətdən Fələstin xalqını və işğal altındakı İordan çayının qərb sahili, Şərqi Qüds və Qəzzada müqəddəs yerləri qorumağa çağırıb.
 
HƏMAS da açıqlamasında kilsəyə hücumun ibadət yerləri və köçkün dinc sakinlərə qarşı yeni cinayət olduğunu deyib.
 
Qeyd edək ki, İsrail ordusu bu gün Qəzzanın şimalında yerləşən Müqəddəs Latın monastırını hədəfə alıb.

Hücum zamanı iki qadın həlak olub, 7 nəfər yaralanıb.