Ermənistanda sabiq deputat saxlanıldı
Ermənistan parlamentinin sabiq deputatı Ruben Akopyan saxlanılıb.
Bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında deyilir.
Qurum R.Akopyanın iyulun 1-də mətbuata verdiyi müsahibədə səsləndirdiyi hakimiyyəti ələ keçirmək üçün açıq çağırışa görə saxlandığını açıqlayıb.
Qeyd olunur ki, siyasətçiyə qarşı mətbuat vasitəsilə hakimiyyəti zorakılıqla ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə çağırışlar ittihamı ilə ictimai cinayət təqibi başlayıb.
//oxu.az