Bəzi dağlıq rayonlarda qısamüddətli leysan yağıb, şimşək çaxıb

Bəzi dağlıq rayonlarda qısamüddətli leysan yağıb, şimşək çaxıb

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəriati əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, düşən yağıntının miqdarı Kəlbəcər, Biləsuvar, Lerik, Lənkəran, Astarada 1 mm-dir.

Bəzi yerlərdə şimal-şərq küləyi əsib. Küləyin maksimal sürəti Culfada 20, Goranboyda 19, Naftalanda 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 38, Aran rayonlarında 39, dağlıq rayonlarda 31 dərəcəyədək isti qeydə alınıb