Slovakiya Rusiyadan qaz idxalını artırmaq niyyətindədir
Slovakiya Avropa İttifaqının tətbiq etdiyi güzəştlər çərçivəsində Rusiyadan qaz tədarükünü artırmaq niyyətindədir.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət nəzarətində olan "Slovensky plynarensky priemysel (SPP)enerji şirkəti 2026-cı ildən etibarən bütün tələbatı məhz Rusiyadan idxal edilən qaz hesabına qarşılamağı planlaşdırır.
/APA