*Polis əməkdaşları tərəfindən Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirilir

*Polis əməkdaşları tərəfindən Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirilir

Yay turizm mövsümü ilə əlaqədar olaraq vətəndaşların istirahət zonalarına axını nəzərə alınaraq çimərlik və istirahət mərkəzlərində sərbəst və təhlükəsiz hərəkətin təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirilir.

Əraziləri çirkləndirməmək və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

Həmçinin, istirahətə gələn vətəndaşlara çimərliklərdə insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə etmələrinin yolverilməz olduğu, bu halların digər şəxslərin həyatı üçün təhlükə yaratdığı izah olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.