Novxanıda dənizdə batan şəxslərdən biri hərbçi imiş
Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.
Fakt.info Oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.
O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.
A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.