Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fakt.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı minik maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində, biri azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
Bir ailənin üzvləri olduğu deyilən yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.