Biləsuvarda ağır qəzada motosikletçi öldü

Biləsuvarda ağır qəzada motosikletçi öldü

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. 
Fakt.info "Unikal"a istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən keçən dolama yolda qeydə alınıb. 
Belə ki, motosikletə minik avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu ölüb. 
Faktla bağlı araşdırma aparılır.