Əl-Sisi: Qəzza üzrə razılaşma Fələstin dövlətinin yaradılmasına yol açır

Əl-Sisi: Qəzza üzrə razılaşma Fələstin dövlətinin yaradılmasına yol açır

Qəzza sektoruna dair razılaşma Fələstin dövlətinin yaradılmasına və onun İsrail ilə sülh şəraitində mövcud olmasına yol açır.
Bunu Misir Prezidenti Əbdül Fəttah əl-Sisi Şarm-əş-Şeyxdə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu razılaşma İsrail və Fələstin dövlətlərinin sülh şəraitində yanaşı yaşamasını təmin edəcək qərarın həyata keçirilməsinə gətirib çıxaracaq”, – deyə Əl-Sisi vurğulayıb.
 
/APA