Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi başa çatdı

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.
Fakt.info Report-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiqləmişdi.