Şəhid Famil Əlizadənin anım günüdür

Şəhid Famil Əlizadənin anım günüdür

21 oktyabr tarixində Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Famil Habil oğlu Əlizadənin xatirəsi anılıb.

Anım mərasimində şəhidin doğmaları ilə yanaşı şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə torpaq uğrunda canından keçən Famil Əlizadənin və bütün igid Vətən oğullarının ruhuna dualar oxunub, onlara Allahdan rəhmət, ailələrinə səbr dilənib.
Bildirilib ki, müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır. Müstəqil Azərbaycan dövləti var olduqca onlar qəlblərdə əbədi yaşayacaq.
Sonra şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb. 
Cəsur döyüşçünün məzarı önündə çıxışlarda düşmənlərin bağrını yararaq qəhrəmanlıq tarixi yazan şəhidin həyat və döyüş yolundan danışılıb,

Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar. 
2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilib.