Vüqar Məmmədov həbs edildi - Bu TV-də əməliyyat keçirildi
Hüquq-müfahizə orqanları "Hurriyyet TV”-də əməliyyat keçirib.
Fakt.info xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.