“Career Compass” – Gələcəyini Dəqiq Seç!
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən və qranta layiq görülmüş “Career Compass” layihəsi gənclərin düzgün ixtisas seçimi və gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Layihənin rəhbəri Nərminə İmanovadır.
Bugünkü sürətlə dəyişən dünyada gənclərin doğru ixtisas seçimi onların gələcək uğurunun əsasını təşkil edir. Məhz bu məqsədlə hazırlanmış Career Compass platforması, şagirdlərə öz potensiallarını, maraq və bacarıqlarını tanımağa, düzgün karyera istiqaməti müəyyən etməyə dəstək olmaq üçün yaradılıb.
Career Compass — peşəkar karyera kouçları, mentorlar, psixoloqlar və təhsil mütəxəssislərindən ibarət bir komandanın birgə təşəbbüsüdür.
Platforma vasitəsilə şagirdlər:
Karyera və psixologiya yönümlü testlərdən keçərək öz ixtisas yönümlülüklərini müəyyən edə bilərlər;
Öz imtahan stress səviyyələrini ölçərək psixoloji durumlarını daha yaxşı anlaya bilərlər;
Şəxsi maraq və bacarıqları ilə uyğun peşə sahələrini tanıya bilərlər.
Saytda eyni zamanda KOBİA tərəfindən hazırlanan ehtiyac analizləri, əmək bazarında ən çox tələb olunan sahələrin reytinqləri və həmin sahələr üzrə universitetlərin sıralamaları da təqdim olunur. Bu məlumatlar şagirdlərə daha real, məlumatlı və məqsədyönlü seçim etməyə şərait yaradır.
Career Compass təkcə bir veb-sayt deyil — bu, gələcəyini aydın görmək istəyən hər bir gəncin fərdi karyera bələdçisidir. Platforma hər bir şagirdə öz yolunu tapmaq, güclü tərəflərini kəşf etmək və uğurlu gələcəyə doğru addımlamaq üçün istiqamət göstərir.
www.careercompas.az
Gələcəyini bu gündən planlaşdır – Career Compass-la!