"AYNA ümidləri doğrultmadı, ancaq cərimə kəsməkdə maraqlıdır" - Deputat

"AYNA ümidləri doğrultmadı, ancaq cərimə kəsməkdə maraqlıdır" - Deputat

"İnsanlara alternativ variant təklif etmədən cərimələmək qanunsuzdur və sosial ədalət prinsipinin pozulmasıdır”.

Fakt.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev feysbuk hesabında bildirib.

Deputat qeyd edib ki, dayanma-durma ilə bağlı problemlər hələ də həll olunmayıb:

"Bu günə qədər Azərbaycan Yürüstü Nəqliyyat Agentliyini (AYNA) müdafiə etmişəm. Amma bu gün müdafiə etmirəm və edə bilmərəm. Xeyli zaman keçib, bu müddət ərzində yollarda nizam-intizam yaradılmalı, dayanma-durma qaydaları oturuşmalı idi. Düşünürdüm ki, bu proses bir müddət eksperiment kimi həyata keçiriləcək, nəticələr – mənfi və müsbət tərəflər – analiz edilərək məsələ öz həllini tapacaq”.

Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumunun əsas marağı cərimələrin artırılması təsiri bağışlayır:

"Belə görünür ki, qurum daha çox cərimə kəsməkdə maraqlıdır. Bu, doğru yanaşma deyil. İnsanları nə qədər cərimələmək olar? Əgər sən vətəndaşa alternativ təqdim etmirsənsə, onu cərimələmək həm qanunsuzdur, həm də sosial ədalət prinsipinin pozulmasıdır”.
Şahanə Ziyad