Nəriman Axundzadə "Qarabağ"dan gedir? - Klubdan açıqlama

Nəriman Axundzadə "Qarabağ"dan gedir? - Klubdan açıqlama

"”Nəriman Axundzadənin "Qarabağ"dan ayrılması haqda rəsmi heç bir məlumat yoxdur"
 
Fakt.info xəbər verir ki, bu haqda AZXEBER.COM-a "Qarabağ" klubundan məlumat verilib. 

Klubdan bildirilib ki, Nərimanın klubdan ayrılması xəbəri həqiqəti əks etdirmir:
 
"Nəriman Axundzadəyə Avropanın bir neçə klubundan ciddi təkliflərin olması, onun legioner həyatı yaşamağa can atması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. Hücumçunun "Qarabağ"dan ayrılması haqda rəsmi heç bir məlumat yoxdur".
 
Qeyd edək ki, bu gün mətbuatda hücumçunun klubu tərk etməsi ilə bağlı xəbər yayılıb.
Günel Hüseynli