Masallıda yaşayış binalarının təmirinə başlanılır
Masallı şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı təmiri işlərinə başlanılır.
Fakt.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti hazırlıq işlərini yekunlaşdırıb.Belə ki, qurum əsaslı təmir işlərini “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinə havələ edib və onunla müqavilə bağlayıb.
Bağlanılan müqavilənin maliyyə dəyəri 385 min 629 manat olaraq müəyyənləşib.
Qeyd edək ki, “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Zaur Abıyevdir. Şirkətin nizamnamə kapitalı isə 1.6 AZN-dir.