Soyuq havada evi necə isitmək mümkündür?

Soyuq havada evi necə isitmək mümkündür?

Havanın soyuması ilə evlərin istilik sistemlərinə maraq artır. Çünki insanlar qış aylarında komfortlu və sağlam mühit yaratmaq, enerji sərfiyyatını minimuma endirmək və yüksək elektrik və qaz xərclərindən qorunmaq istəyirlər.  

Fakt.info soyuq havalarda evi isitməyin bir sıra yollarını təqdim edir: 

1. Pəncərə və qapıların izolyasiyasını təmin etmək. Pəncərə və qapı boşluqlarını silikon, rezin bant və ya hava keçirməyən materiallarla bağlamaq lazımdır. 

2. Qalın pərdələr və xalçalardan istifadə etmək. Gecə pərdələri istiliyi saxlamağa, döşəmə örtükləri isə soyuğu bloklamağa kömək edir.

3. Radaator və istilik sistemlərinin düzgün istifadəsi. Radiatorların önünü açıq saxlamaq, istiliyi bütün otağa yaymaq və otaq temperaturunu sabit saxlamaq da istiliyi artırır.


4. Xalçanın altına falqa (izolyasiya) qoymaq. Döşəmədən gələn soyuğu azaltmaq və otağın istiliyini saxlamaq üçün xalçaların altına izolyasiya materialı (falqa) yerləşdirilir.

Şahanə Ziyad