Cəlilabadda mağazalardan oğurluq edən şəxs saxlanıldı

Cəlilabadda mağazalardan oğurluq edən şəxs saxlanıldı

Cəlilabad rayonu ərazisində yerləşən mağazalardan silsilə oğurluq hadisələri qeydə alınıb. 

Fakt.info "Unikal"a istinadən xəbər verir ki, müxtəlif vaxtlarda gecə saatlarında 4 mağzadan nağd pul, tütün məmulatları və digər məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 31 yaşlı Elməddin Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.