Masallıda Səmidxan–Şərəfə yolu təmir edildi - VİDEO

Masallıda Səmidxan–Şərəfə yolu təmir edildi - VİDEO

Masallı rayonunun 1-ci Səmidxan kəndində uzun illərdir yararsız vəziyyətdə olan Səmidxan–Şərəfə yolu təmir edilərək sakinlərin istifadəsinə verilib.

Fakt.info xəbər verir ki, yolun bərpası 47 saylı Yol İstismarı MMC tərəfindən həyata keçirilib. Ümumi uzunluğu 500 metr olan hissədə daş-çınqıl qatı tökülüb, yol hamarlanaraq nəqliyyat üçün yararlı vəziyyətə gətirilib.

Kənd sakinləri yol probleminin həllinə görə ölkə başçısına, Masallı Rayon İcra Hakimiyyətinin başçısına və 47 saylı Yol İstismarı MMC-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər.