Sürücülük vəsiqəsi və digər vacib sənədlər yeni qaydada veriləcək

Sürücülük vəsiqəsi və digər vacib sənədlər yeni qaydada veriləcək

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

Bu barədə DİN məlumat yayıb.

Təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

Bu təşəbbüs "ölkənin rəqəmsal hökumət" modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.