Tələbəsi Rafael Ağayevin müdafiəsinə qalxdı
Son zamanlar "Qara Brilyant” ləqəbi ilə tanınan, karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevə qarşı xoşagəlməz kampaniya aparılır. Buna səbəb məşhur idmançının Azərbaycan Karate Federasiyası (AKF) ilə aralarında yaranmış narazılıq barədə danışıdır. Avropa çempionu öz açıqlamasında çətin anlarda Federasiya tərəfindən lazımi dəstəyin verilməməsindən şikayətlənib.
Rafael Ağayevin sözlərinə görə zədə ilə bağlı pul tələb edərkən ona qarşı laqeyd münasibət sərgilənib. Halbuki, o, tələblərinin şəxsi rifahdan daha çox, karyerasını davam etdirmək üçün zəruri olan tibbi ehtiyaclar olduğunu vurğulayıb.
Məhz həmin açıqlamadakı həqiqətlərin ifşası bir çoxlarının xoşuna gəlmədiyindən Rafael Ağayev sıxışdırılmağa başlanılıb. Və o,
məcburiyyət qarşısında Karate Federasiyasındakı vəzifəsindən istefa verib. Xatırladaq ki, Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsində çalışırdı.
RAFAEL AĞAYEV KİMDİR?
Uşaq yaşlarından idmana böyük maraq göstərən Rafael Ağayev karateyə atasının təşəbbüsü ilə başlayıb. O, döyüş sənətləri sahəsində nadir istedad nümayiş etdirərək erkən yaşlarında yüksək səviyyəli çıxışları ilə seçilməyə başlayıb.
İlk müəllimi tanınmış karate ustası və məşqçi Rafael Məmmədov olub. Rafael Ağayevin texniki bacarıqları və döyüş üslubu onu tez bir zamanda Azərbaycanda və beynəlxalq arenada diqqətəlayiq idmançılar sırasına çıxarıb.
Rafael Ağayev karate dünyasında "Karatenin Messi”si adlandırılır. O, həm sürəti, həm dözümlülüyü, həm də texniki bacarıqları ilə fərqlənir. Rafael beşqat dünya çempionu, on birqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibidir.
Bu ləqəb ona beynəlxalq karate arenalarında göstərdiyi üstün performans, döyüşlərdəki yüksək texnikası və məğlubedilməz xarakteri səbəbilə verilib.
Rafael Ağayev Azərbaycan karate idmanının simvolu sayılır. Onun uğurları sayəsində ölkədə bu idman növünə maraq artıb. O, gənc karateçilər üçün böyük motivasiya mənbəyidir və onların inkişafına da daim dəstək olur.
Rafael Ağayev Azərbaycan idman tarixində öz imzasını atmış ən böyük idmançılardan biridir. Onun qazandığı uğurlar, mübarizə ruhu və döyüş tərzi təkcə Azərbaycanda deyil, bütün dünyada karate sevərlərin hörmətini qazanıb.
TƏLƏBƏSİ ONA QAHMAR ÇIXDI!
Karate ustasına qarşı başladılan çirkin kampaniyanın qarşısını almaqda israrlı olanlardan biri də təmənnasız olaraq idman dərslərində iştirak edən Yusif Əmirovdur.
Yusif meyxanaçı Rəşad Dağlının oğludur. O, həm də son günlər "Qarabağ” futbol komandasının oyunçusu Nəriman Axundzadəni linç edənlərə "stop” deyib.