Prezidentdən tarixi amnistiya təşəbbüsü - Kimlərə şamil ediləcək?
"Prezidentimizin amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüslə çıxış etməsini alqışlayıram. Bu, olduqca humanist bir addımdır. Şübhəsiz ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və humanizm, mərhəmət prinsipləri onun fəaliyyətinin əsas sütunlarından biridir”.
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib.
O deyib ki, amnistiya və əfv anlayışlarını bir-birindən dəqiq fərqləndirmək vacibdir:
"Çünki burada söhbət Prezident tərəfindən irəli sürülmüş amnistiya təşəbbüsündən gedir. Kimlərin əfv edilə biləcəyi məsələsi isə ayrıca anlayışdır. Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ-hüquqi aktdır, geniş şəxslər dairəsinə şamil olunur və kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq edilir. Hazırda müzakirə edilən məsələ əfv deyil, məhz amnistiya təşəbbüsüdür".
Ə.Nuriyev bildirib ki, amnistiya aktı qəbul edilərsə, onun kimlərə şamil olunacağı məsələsi ön plana çıxır
"Belə ki, amnistiya aktı aşağıdakı kateqoriyalara aid şəxslərə tətbiq edilə bilər. Dövlətin ərazi bütövlüyünün müdafiəsində, yəni Vətən müharibəsində, 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, həmin əməliyyatlar zamanı həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumlarına və Ermənistanın hərbi təxribatları nəticəsində zərər çəkmiş şəxslərə, mülki əhaliyə qarşı törədilmiş hərbi təxribatlar nəticəsində həyatını itirmiş şəxslərə şamil olunur. Bununla yanaşı, sosial baxımdan həssas qruplar da amnistiya aktının əhatə dairəsinə daxil edilə bilər. Buraya qadınlar, 60 yaşına çatmış və daha yuxarı yaşda olan şəxslər, yetkinlik yaşına çatmayanlar, eləcə də digər humanitar əsaslı kateqoriyalar daxildir. Bir qayda olaraq, amnistiya aktı cinayət xarakterinə görə böyük ictimai təhlükə törətməyən əməllərə şamil olunur. Bunlara böyük ictimai təhlükə yaratmayan cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər, ehtiyatsızlıqdan törədilmiş az ağır və ya ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxslər daxildir. Bu kateqoriyaya aid olan şəxslər ya tamamilə cəzadan azad edilə, ya cəzanın çəkilmə müddəti azaldıla, ya da cinayət məsuliyyətindən tam azad edilə bilərlər. Lakin hüquqi praktikaya əsasən, amnistiya aktı ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məqamlar amnistiya aktının yekun mətnində dəqiq şəkildə öz əksini tapacaqdır".
Hüquq müdafiəçisi vurğulayıb ki, hazırkı amnistiya aktı minlərlə şəxsə şamil edilə bilər:
"Amnistiya aktının gözlənilən miqyasına gəldikdə isə, bu təşəbbüs Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun tam bərpa olunmasından sonra irəli sürülüb, onun miqyasının daha geniş olacağı ehtimal edilir. Mətbuatda yayılan məlumatlara əsasən də bu qənaət formalaşır. Xatırlatmaq lazımdır ki, 2021-ci ildə qəbul edilmiş Zəfər amnistiyası 17 200-dən artıq şəxsə şamil olunmuşdu. Düşünürəm ki, hazırkı amnistiya aktı da minlərlə şəxsə şamil edilə bilər. Təxminən 5 000-dən çox şəxsin cəzadan və ya məhkumluqdan azad olunması mümkündür. Bu nəticəyə indiyədək qəbul olunmuş amnistiya aktları ilə müqayisə apararaq gəlmək olar. Bundan başqa, bir sıra şəxslərin cəzası azaldıla və ya daha yüngül cəza növü ilə əvəz edilə bilər. Bu amnistiya aktı Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktlarından biri ola bilər. Bu təşəbbüs hüquq, dövlətçilik, humanizm və mərhəmət prinsipləri, post-müharibə dövründə sosial reinteqrasiya, eləcə də Konstitusiyanın ölkənin bütün ərazilərində tam tətbiqi kontekstində qiymətləndirilməlidir".