Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib

Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçilib

İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

Futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və "Aftonbladet" qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.

2025-ci il təqvim ilində 26 yaşlı İsak "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və dörd məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Di Kereşi geridə qoyub.

Qeyd edək ki, İsak bu ilin sentyabrında 145 milyon avroya "Nyukasl"dan "Liverpul"a transfer olunub. O, cari mövsüm "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
/report