Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürüb

Cəlilabad rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

Fakt.info "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Dünən saat 17:30 radələrində yolu keçmək istəyən kənd sakini, "Ford Transit" markalı avtomobil 1947-ci il təvəllüdlü Südavər Quliyevanı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, o, bu gecə saat 03:00 radələrində xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.